İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkənddə məscidin yaxınlığında hicab geymiş oğlan saxlanılıb

695 20.06.2024 13:08 Dünya A A

Özbəkistanın paytaxtında qadın paltarı və hicab geyinmiş gənc oğlan küçədə saxlanılıb.

Musavat.com yerli KİV-ə istinadla xəbər verir ki, Daşkənddəki Kukeldaş mədrəsəsinin yaxınlığında patrul polisin diqqəti üzünü tamamilə örtmüş qıza yönəlib. Yeni qanuna görə, ictimai yerlərdə üzün gizlədilməsi yasaqlanıb və hicab, burka kimi geyimlər qanunun tələbinin pozulması hesab edilir. Çünki bu halda vətəndaşların şəxsiyyətini müəyyən etmək mümkün olmur.

Məlum olub ki, həmin “qız” 22 yaşlı gəncdir və o, qadın paltarı altında gizlənib. Şəxs saxlanılan zaman fəal müqavimət göstərib.

Məlum olub ki, bu gənc tez-tez burka və ya hicabda şəhəri gəzir.

Polisdən verilən məlumata görə, “hicablı oğlan” barəsində Cinayət Məcəlləsinin 194-cü (“polis əməkdaşının qanuni tələblərinə tabe olmama”) və 195-ci (polisə müqavimət”) maddələri ilə inzibati protokollar tərtib edilib.

Eləcə də ona qarşı CM-nin 184-cü maddənin 4-cü hissəsi (şəxsin tanınmasına imkan verməyən şəkildə ictimai yerlərdə olma”) ilə inzibati qaydada iş açılıb. Qanunu pozan şəxsi 3 milyondan 5 milyon suma qədər cərimə gözləyir.

Xatırladaq ki, Özbəkistanda şəxsiyyəti təsdiq etməyə imkan verməyən geyimlər geyinmək qadağandır. Ancaq bəzi vətəndaşlar üçün istisnalar var.

Bundan əvvəl Qazaxıstanın da ictimai yerlərdə dini geyim geyinməyi qadağan edəcəyi barədə məlumat yayılmışdı.

Qırğızıstanda da üzü örtən paltar və uzun saqqal saxlamağı qadağan etməyi təklif edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR