İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarka ordusunun yanacağı Rusiyadan gəlirmiş

608 06.04.2024 15:53 Dünya A A

Danimarka Hərbi Hava Qüvvələrinin təyyarələrinin istifadə etdiyi yanacağın ən azı bir hissəsi, Rusiyadan gəlir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Danwatch” və “Ekstra Bladet” saytarının birgə materialında deyilir.

Məlum olub ki, Danimarka Hərbi Hava Qüvvələri üçün alınan təxminən 2 milyon litr təyyarə yanacağının bir hissəsi Rusiya mənşəlidir.

Saytların əldə etdiyi bir sıra sənədlər tədarükçülərin yanacağın bir hissəsini İstanbul hava limanında və Türkiyənin BP şirkətindən aldığını göstərir.

“Datadesk” analitik şirkətinin məlumatlarna əsasən, bu şirkət "Rosneft"in pay sahibi olduğu Hindistanın "Nayara Energy" ilə ticarət edir.

BP jurnalistlərin konkret sorğusunu şərh etmək istəməyib, lakin keçmişdə şirkət "Nayara Energy" ilə əməkdaşlığını inkar etməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR