İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir prezidentin həbsi barədə order verilə bilər

939 19.03.2023 13:06 Son xəbər A A

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çərşənbə axşamı, martın 21-də həbs olunacağını gözlədiyini bildirib və tərəfdarlarını etiraza çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb: “Aparıcı Respublikaçı namizəd və ABŞ-ın keçmiş prezidenti gələn həftə çərşənbə axşamı həbs olunacaq”.

Trampın sözlərinə görə, bunu Manhetten Dairə Prokurorluğundankı mənbələri ona deyiblər.

Amerika mediası və agentliklərinin məlumatına görə, söhbət 2016-cı ildə Trampın keçmiş vəkili Maykl Koen vasitəsilə intim münsibətlərdə olduğu porno ulduz Stormi Danielsə susması üçün 130 min dollar ödədiyi barədə işdən gedir.

Donald Trump Attacks 'Horseface' Stormy Daniels as She Meets Prosecutors

Prokurorluğun məlumatına əsasən, həminxərclər Trampın kampaniya fondundan ödənilib ki, bu da ciddi qanun pozuntusu sayılır. Bu baxımdan, sabiq prezident seçki kampaniyasının maliyyələşdirilməsi qaydalarını pozmaqda şübhəli bilinir. Koen özü bu işə görə üç il həbs cəzası alıb və Trampın əleyhinə ifadə verib.

Manhetten prokurorluğu keçmiş prezidentin həbs olunma ehtimalı ilə bağlı rəsmi şərh verməyib. Trampın sözçüsü şənbə günü bildirib ki, o, prokurorlardan heç bir rəsmi sənəd almadığını bildirib.

Trampın tərəfdarları, o cümlədən Nümayəndələr Palatasının spikeri Kevin Makkarti bu işi siyasi motivli hesab edir və digər məsələlərlə yanaşı, Manhetten prokurorunun Demokratlar Partiyasına mənsub olduğun diqqət çəkib.

Gələn informasiyalara görə, ABŞ prokurrları Trampa qarşı daha bir neçə cinayət işini araşdırırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR