İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ölkə Ermənistana müşahidəçi GÖNDƏRİR

998 26.10.2023 13:53 Region A A

Çox yaxında Kanada Aİ-nin Ermənistandakı müşahidə missiyasına qoşulmaq üçün bu ölkəyə iki müşahidəçi göndərəcək.

Musavat.com "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.

"Kanada Ermənistana müşahidəçi göndərmək istəyən ilk qeyri-Avropa Birliyi ölkəsidir və yaxın vaxtlarda İrəvana 2 müşahidəçi gələcək. Ümid edirik ki, Kanada gələcəkdə bu töhfəni genişləndirəcək", - deyə o bildirib.

Hovhannisyan qeyd edib ki, Ermənistana səfəri zamanı Kanada XİN başçısı humanitar yardım məsələlərinə də toxunub. Onun sözlərinə görə, Kanada Ermənistana yardımını üç dəfə artırıb.

Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli oktyabrın 26-da İstisuya (Cermuk) səfər edib. O, Aİ-nin Ermənistandakı müşahidə missiyasının üzvləri ilə görüşüb. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR