İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir Aİ ölkəsi ilə tərəfdaşlıq nə vəd edir - perspektivlər

748 14.05.2024 09:56 Siyasət A A

Slovakiya ilə əməkdaşlıqda yeni dövr; politoloq: “Azərbaycanın xarici siyasətində vacib istiqamətlərdən biri də...”

Ötən həftə Azərbaycanın daha bir Avropa ölkəsi əlaqələrinin, əməkdaşlığının genişləndirilməsi üçün yeni zəmin yaradacaq hadisə ilə yadda qaldı. Mayın 7-də Bakıda Prezident İlham Əliyev və Slovakiyanın baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi keçirildi.

Hər iki lider “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni, Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu, Azərbaycan müdafiə naziri Zakir Həsənov və Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzaladılar.

Ötən illər ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla inkişaf edib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Slovakiya əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Prezident İlham Əliyevin mayın 7-də Slovakiyanın baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bildirilir ki, Slovakiyanın baş nazirinin Azərbaycana səfəri, imzalanan sənədlər, aparılan müzakirələr iki ölkə arasında əlaqələrdə yeni səhifə açır. Səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələri ən yüksək səviyyəyə qaldırır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bu bəyannamədə əks olunan maddələr gələcək əməkdaşlığın perspektivlərini müəyyən edir.

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirdi ki, Slovakiya Respublikası ilə çox mühüm sənədlərin imzalanması Azərbaycanın xarici siyasətində vacib istiqamətlərdən biri olan Avropa ölkələri ilə ikitərəfli münasibətlərini dərinləşdirmək siyasətinin davamıdır.

dc3c79c97f57aa1a2b8b1deba55df8f8-1.jpg (90 KB)

Bu siyasət Azərbaycana fayda verir, Azərbaycanın dostlarını artırır, regionda təhlükəsizlik və əməkdaşlığın genişlənməsinə töhfə verir:

“Azərbaycan və Slovakiya arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı hörmət və maraqlar əsasında qurulur. İkitərəfli münasibətlər sürətlə inkişaf etməkdədir. Qarşılıqlı səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalanan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafında stimulverici amil rolunu oynayır. Bu baxımdan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri əməkdaşlığın istiqamətlərinin genişləndirilməsində ciddi hadisə oldu. Səfər çərçivəsində imzalanan sənədlərə nəzər yetirsək kifayət edir. "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə", “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”, adlarından da göründüyü kimi, ölkələrimiz arasında əməkdaşlıqda, tərəfdaşlıqda çox mühüm dövr başlayıb. İmzalanan bu sənədlər ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq istiqamətində dərinləşdirəcək. Buna qədər ölkələrimiz arasında əməkdaşlıq əsasən iqtisadi sferanı əhatə edirdi. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və onlar yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Prezidentin də dediyi kimi, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və xarici dövlətlərlə energetika sahəsində əməkdaşlıq genişlənməkdədir. Ölkəmiz hazırda dünyanın 8 ölkəsinə təbii qazını ixrac edir. Slovakiya 9-cu ölkə olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün imkanlar yaranıb. Mayın 7-də imzalanan sənədlər arasında isə müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər də var. Eyni zamanda faktiki olaraq Azərbaycan və Slovakiya strateji tərəfdaşlığı rəsmiləşdirmiş oldular".

Etibar Seyidağa,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR