İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dağıstanı bürüyən antisemitizm dalğası Azərbaycana yayıla...” - Deputatdan SENSASİON AÇIQLAMA

2527 30.10.2023 14:55 Siyasət A A

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanıb.

İzdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarə olub. Hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər.

MAHAC.jpg (82 KB)

Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparıb.

İsrailə qarşı etiraz edən Dağıstan vətəndaşları Mahaçqala aeroportunu ələ keçiriblər. Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin teleqram kanalında yaydığı məlumata əsasən, Mahaçqaladakı hava limanı sabah fəaliyyətini bərpa edəcək.

Hava limanında iğtişaşlar nəticəsində 9 polis yaralanıb, 60 nəfər saxlanılıb.

TEYYA.jpg (97 KB)

Bəs görəsən, Dağıstanı bürüyən antisemitizm dalğasının səbəbləri nədir və bu dalğa Azərbaycana da keçə bilərmi?

Mövzuya münasibət bildirən millət vəkili Fazil Mustafa Musavat.com-a açıqlamasında qeyd edib ki, Dağıstanda daha çox dinçi cəmiyyət mövcuddur:

“Bu cəmiyyət dünyəvi dövlət modelindən çox, Dağıstan əslində şəriət hüququnun prinsipləri əsasında açıq olmasa da, görünən formada idarə olunur. Sovet hökumətinin ən güclü vaxtlarında belə, orada şəriətçi düşüncə kifayət qədər öndə idi. Ona görə də Dağıstanın konkret olaraq antisemitist davranış sərgiləməsi səbəbsiz də deyil. Çünki Qəzzada törədilən vəhşiliklər insanlıq dramıdır. Bunu kimin törətməyi çox da böyük önəm daşımır, xəstəxananı, sivil insanları bu cür zəlalətə yönəltmək böyük bir narahatlıq yaradır. Hər halda yəqin ki, bunun təsirləri orada kifayət qədər böyükdür.

fazil.jpg (79 KB)

Amma Dağıstanın özündə də dinçi zehniyyətin daha çox öndə olduğu bir gerçəyi var. Bu da gələcəkdə bu bölgənin də müəyyən dərəcədə eyni sıxıntıları Qəzzada Fələstinin yaşadığı şəkildə yaşamasına gətirib çıxara biləcək səviyyədədir. Yəni daha dünyəvi bir model bu kimi cəmiyyətlərdə hələ tam şəkildə oturmadı. Bu da narahatedici amillərdən biridir. Çünki tolerantlığın səviyyəsi xeyli aşağı görünür. Bu da hər kəsi narahat edir.

Amma bütövlükdə, Dağıstandakı antisemitizm dalğasının Azərbaycana keçməsi mümkün deyil. Çünki Azərbaycanda sivil ölümləri, mülki şəxslərə qarşı törədilən əməllər cəmiyyətdə çox qınanılır, müəyyən mənfi reaksiya doğurur.

Eyni zamanda Azərbaycan həm də yəhudilərlə dost olan bir ölkədir. Qarabağ savaşında da münasibətlərimizin yüksək səviyyədə olması bizə bu mövzuda narahatlıq izhar etməyə əsas vermir. Çünki dövlətlərin siyasətini xalqlara qarşı düşmənçiliyə çevirmək olmaz. Kimsə hansısa dövləti sevməyə bilər, amma xalqın içində də müəyyən dərəcədə sülhü dəstəkləyən insanların olduğunu hər kəs bilir. Bu baxımdan Dağıstandakı antisemitizm dalğasının Azərbaycana yayılma ehtimalı demək olar ki, yoxdur”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR