İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda rəhbər vəzifə tutanların dosyeləri yoxlanılır

784 25.06.2024 14:07 Dünya A A

Dağıstanın rəhbəri Sergey Məlikov respublikada rəhbər vəzifə tutan hər kəsin şəxsi işlərinin yoxlanılması barədə göstəriş verib.

Musavat.com TASS-a istinadla xəbər verir ki, o, bu barədə Dağıstan Xalq Assambleyasının sessiyası zamanı bildirib.

“Mən Dağıstanda rəhbər vəzifə tutan hər kəsin, o cümlədən Xalq Məclisinin deputatlarının şəxsi işlərinin yoxlanılması barədə göstəriş vermişəm”, - deyə Məlikov bildirib.

Buna səbəb iyunun 23-də Dağıstanın Serqokalinsk rayonunun rəhbəri Maqomed Ömərovun kiçik oğulları Osman və Adilin, həmçinin onun qardaşı oğlu Abdusaməd Amadziyev Dağıstanda törədilən terror aktlarında iştirak etmələridir. “Baza” Telegram kanalının məlumatına görə, onlar radikal islamı (vəhhabilik) qəbul ediblər.

Ömərovun dindirmə zamanı bildirib ki, o, son illər radikal oğulları ilə əlaqə saxlamayıb və özü vəhhabi olmayıb.

İyunun 23-də Dağıstanın Dərbənd şəhətində naməlum şəxslər Lenin küçəsində yerləşən “Müqəddəs Məryəm” kilsəsinə və Tağızadə küçəsində yerləşən “Kələ-Numaz” sinaqoquna hücum edərək onları avtomatlardan atəşə tutublar. Eyni zamanda terrorçular Mahaçqalada Yermoşkin küçəsində yol polisi postunu və yaxınlıqdakı sinaqoqu atəşə tutublar. Orconikidze küçəsindəki kilsə yaxınlığında da atışma olub. Polis hücum edənlərdən beşini öldürüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR