İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda antiterror əməliyyatı: iki şəhərdə terrorçular yaxalandı

774 31.03.2024 10:44 Son xəbər A A

Dağıstanın Mahaçqala və Kaspiys şəhərlərində antiterror əməliyyatı rejimi tətbiq edilib .

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, “İnterfaks” bu barədə Rusiya Federal Təhlükəsizli Xidmətinin (FTX) respublika üzrə Əməliyyat Qərargahına istinadla məlumat yayıb.

İdarədən verilən məlumata görə, Moskva vaxtı ilə saat 5:35-dən Mahaçqalanın Leninski, Sovetski rayonları və Kaspiysk şəhərinin inzibati sərhədləri daxilində xüsusi rejim tətbiq edilib.

Eyni zamanda, antiterror əməliyyatı zamanı bu yerlərdə bir sıra xüsusi tədbirlər və müvəqqəti məhdudiyyətlər tətbiq olunmağa başlayıb.

"Dağıstandakı əməliyyat qərargahı respublikanın bütün sakinlərinə ayıq-sayıqlığı artırmaq xahişi ilə müraciət edir", - qərargahın nümayəndəsi agentliyə bildirib.

Əməliyyatın səbəbləri hələlik açıqlanmayıb.

Qərargah əlavə edib ki, yerli sakinlər ekstremizm və terrorizmlə mübarizədə problemlərin həllində hüquq-mühafizə orqanlarına dəstək verməyə çağırılıb.

Son məlumata görə, FTX-nin xüsusi təyinatlıları Mahaçqala və Kaspiyskdə mənzillərdə terrorda iştirak edən silahlı şəxsləri ələ keçiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR