İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıntılar niyə təmizlənmir? - Bakıda 4 nəfərin öldüyü gecə klubundan SON GÖRÜNTÜLƏR VİDEOREPORTAJ

1212 19.04.2022 17:12 Gündəm A A

Xəbər verdiyimiz kimi, aprelin 3-ü, gecə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” gecə klubunda partlayış baş verib.

Partlayış zamanı 1 nəfər ölüb, 37 nəfər yaralanıb.

Hazırda partlayışdan 16 gün keçib və ölənlərin sayı 4 nəfərə çatıb. Yaralananların böyük əksəriyyəti müalicə olunaraq evə buraxılıb və vəziyyətləri stabildir.

Bəs hadisə yerindən son məlumatlar nələrdir?

Mövzu ilə bağlı Tv Musavat-ın əməkdaşları hadisə yerində olub və son məlumatları öyrənməyə çalışıb.

Ətrafda yaşayan sakinlər hələ ki təmizlik məsələsində heç bir irəliləyişin olmadığını, dağıntıların olduğu kimi qaldığını bildiriblər. Qonşuluqda yerləşən obyektin işçiləri də hadisə səbəbindən işığın verilməsinin dayandırıldığını və hələ də bərpa edilmədiyini qeyd ediblər.

Klubun digər tərəfində yerləşən mağazanın sahibi Ramazan Əhmədov kommunal problemlərin hələ də olduğu kimi qaldığını deyib.

Onu da qeyd edək ki, klubdakı partlayışa görə 3 nəfər həbs edilib, onlardan 1-i FHN-nin əməkdaşıdır.

Anar Əhməd,
Alim Liftiyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR