İnsanlara hürriyət, millətlərə istiqlal!

CZN Burak: "Kriştiano Ronaldo ilə ortaq restoran açacağıq"

1051 28.03.2022 19:31 Şou-biznes A A

Məşhur türk aşpaz, restoranlar şəbəkəsinin sahibi Burak Özdemir (CZN Burak) noyabrda Londonda açmağa hazırlaşdıqları restoranın ortağının dünyaca məşhur futbolçu Kriştiano Ronaldo olduğunu açıqlayıb.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, o bu barədə Bursa Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən tədbirdə danışıb.

Keçən il La Liqanın qonağı olaraq getdiyi Madriddə Kriştiano Ronaldodan ortaqlıq təklifi aldığı ictimaiyyətə açıqlanan Burak Londonda ortaq restoran açacaqlarını deyib.

"Bu ilin 11-ci ayında Londonda Kriştiano Ronaldo ilə birgə məkan açırıq. Biz bu haqda çox danışmırıq. Çünki açılışda sürpriz edəcəkdik", - deyə o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR