İnsanlara hürriyət, millətlərə istiqlal!

Cüdoçu Turan Rüstəmovu öldürən şəxs belə saxlanıldı-ANBAAN VİDEO

7282 28.11.2022 13:37 Gündəm A A

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Turan Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb

Musavat.com-un Manset.az-a istinadən məlumatına görə, qətli törətməkdə şübhəli bilinən Ruslan Səfixanovun polis əməkdaşları tərəfindən saxlanılmasının görüntüləri yayılıb. Onu Çevik Polis Alayının əməkdaşları saxlayıb.

Qeyd edək ki, ilkin məlumata görə tərəflərin mübahisəsinə isə Turan Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Xatırladaq ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR