İnsanlara hürriyət, millətlərə istiqlal!

Crocus terrorunda Fransanın əli var? Makrondan AÇIQLAMA

968 05.04.2024 12:55 Dünya A A

“Rusiya tərəfi “Crocus City Hall”da baş verən terror aktında Fransanın əlinin olduğuna eyham vurub”.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Bildirilir ki, prezidentin şərhi Fransa və Rusiyanın müdafiə nazirləri Sebastyan Lekornyu və Sergey Şoyqu arasında telefon danışığına aiddir. Rusiya Müdafiə Nazirliyi hesabatında Şoyqudan sitat gətirib:

“Kiyev rejimi Qərb kuratorlarının razılığı olmadan heç nə etmir. Ümid edirik ki, bu işin arxasında Fransa kəşfiyyat xidmətləri dayanmır”.

Makron Rusiya tərəfinin Kiyevin terror aktında iştirakı ilə bağlı şərhlərini “sərt və hədələyici” hesab edib. O, həmçinin hesab edir ki, Rusiya terror aktında Fransa xüsusi xidmət orqanlarının iştirakına eyham vurub.

“Bunun arxasında Fransanın ola biləcəyini söyləmək gülüncdür. Bu, manipulyasiyadır”, - Makron bildirib.

Onun sözlərinə görə, nazirlər arasında telefon danışığı Rusiyaya “faydalı məlumat” çatdırmaq üçün lazım olub. Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, Lekornyu Şoyqunu “inadla inandırmağa çalışıb” ki, Ukrayna və Qərb dövlətləri hücumda iştirak etməyiblər. Martın 22-də axşam saatlarında terrorçular “Crocus City Hall”a daxil olub, ziyarətçilərə atəş açıb, binaları yandırıb və qaçıblar. Son məlumatlara görə, terror aktı nəticəsində 6-sı uşaq olmaqla, 145 nəfər həlak olub, 550-dən çox insan yaralanıb.

Makron qeyd edib ki, terror aktına görə məsuliyyəti öz üzərinə götürən İŞİD-in qolu Fransada da analoji hücumlar planlaşdırır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR