İnsanlara hürriyət, millətlərə istiqlal!

Con Kirbi: “ABŞ-ın Ukraynaya dəstək verməsi çətin olacaq”

847 02.12.2023 04:14 Dünya A A

“Konqres Kiyevə yardımla bağlı əlavə vəsaiti təsdiqləmədən ABŞ administrasiyası üçün Ukraynaya ehtiyac duyduğu hərbi dəstəyi təmin etmək olduqca çətin olacaq”.

“Report” xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

“Dünən dediyim kimi, biz hiss edirik ki, təqvim ilinin sonuna, yəni bu ayın sonu yaxınlaşdıqca, ukraynalıların ehtiyac duyduğu səviyyədə təhlükəsizlik yardımı göstərmək bizim üçün çox çətin olacaq.

Bu bizim narahatedici məqamdır. Hazırda narahatlığın əsas səbəbi budur. Ona görə də biz Konqresi əlavə vəsaitlə bağlı dərhal hərəkətə keçməyə çağırırıq”-deyə, o bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR