İnsanlara hürriyət, millətlərə istiqlal!

Çöl qabanı ovlayan şəxs saxlanılıb - Foto

1064 23.12.2022 12:10 Hadisə A A

Daşkəsəndə qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində rayonun Xoşbulaq kənd sakini Elşad Allahverdiyevin, özünəməxsus, müvafiq icazə sənədləri olan “TOZ” markalı tüfənglə Daşkəsən rayon Təzəkənd kənd ərazisində qanunsuz olaraq çöl qabanı ovlaması müəyyən edilib.

E.Allahverdiyev qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və bir ədəd ov tüfəngi, patronlar eləcə də çöl qabanı maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR