İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin texnologiya nəhəngi çökür - “Xiaomi”nin qazancı son 3 ayda “əridi”

1618 22.08.2022 16:28 Texnologiya A A

Çinin məşhur “Xiaomi” şirkətinin gəlirləri son 3 ayda ciddi şəkildə azalıb.  

Musavat.com xarici mediaya istinadən bildirir ki, bu barədə məlumat şirkətin hesabatında  yer alıb.

Digər tərəfdən dünyanın üçüncü ən böyük smartfon istehsalçısı pandemiya səbəbiylə 900 işçisi ilə yollarını ayırdığını bəyan edib. Məlumatda qeyd edilib ki, şirkətin builki mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə azalaraq 200 milyon dollar təşkil edib.

“Xiaomi”nin CEO-su Lei Jun investorlarla etdiyi son yığıncaqda bildirib ki,  şirkət son rübdə 70,1 milyard yuan (10,31 milyard dollar) gəlir əldə edib. Lakin şirkətin mənfəəti cəmi 200 milyon dollar civarında olub. Bu rəqəm son illərin ən aşağı göstəricisi kimi qeyd edilib.

Eyni zamanda “Xiaomi”nin səhmləri də ötən illə müqayisədə 52 faiz dəyər itirib.  

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR