İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin ən zəngin adamları bəlli oldu

787 08.11.2022 21:56 Dünya A A

“Nongfu Spring” şirkətinin sahibi Çjun Şanşan Çinin ən varlı adamları siyahısına başçılıq edir.

Musavat.com xəbər verir ki, bu barədə Hurun Tədqiqat İnstitutu məlumat yayıb.

68 yaşlı Çjun Şanşan ikinci ildir ki, ən zəngin çinlilərin siyahısına başçılıq edir. Onun sərvəti il ərzində 17 faiz artaraq 65 milyard dollara çatıb.

İkinci yerdə 35 milyard dollar sərvətlə “TikTok” tətbiqinin tərtibatçısı, “ByteDance” şirkətinin 39 yaşlı qurucusu Çjan İmin qərarlaşıb. Lakin son bir ildə onun sərvəti 28% azalıb.

Üçüncü yeri 32,9 milyard dollar sərvətlə Çinin ən böyük yanacaq elementləri və litium-ion batareyaları istehsalçısı CATL-ın banisi, “batareyalar kralı” 54 yaşlı Tzen Yutsün tutub.

Çinin ən böyük internet şirkəti “Alibaba Group”un qurucusu, 2020-ci ilə qədər ölkənin ən varlı adamı kimi tanınan 58 yaşlı Cek Ma bu il 25,7 milyard dollar sərvətlə 9-cu sıraya düşüb.

“Hurun”un informasiyasına görə, 2022-ci ildə Çində sərvəti 10 milyard dollardan çox olan insanların sayı 29 nəfər azalaraq 56-ya, dollar milyarderlərinin ümumi sayı isə 239 nəfər azalaraq 946-ya düşüb. Sərvəti 5 milyard yuanı (təxminən 710 milyon dollar) keçən insanların sayı 11% azalaraq 1305-ə çatıb. Zəngin çinlilərin ümumi sərvəti il ərzində 18% azalaraq 3,5 trilyon dollar olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR