İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində iqtisadi artım minimuma endi

560 15.07.2022 11:50 İqtisadiyyat A A

Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində cari ilin ikinci rübündə iqtisadi artımın kəskin zəifləməsi qeydə alınıb. Çin Dövlət Statistika İdarəsinin məlumatına əsasən ikinci rübdə iqtisadi artım ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,4 faiz təşkil edib. Bu, 2020-ci ilin birinci rübündəki 6,8 faizlik azalmadan bəri ən aşağı göstəricidir.

Birinci rübdə Çin iqtisadiyyatında illik müqayisədə 4,8 faizlik, rüblük müqayisədə isə 1,4 faizlik artım, ikinci rübdə rüblük müqayisədə 2,6 faiz azalma qeydə alınıb. İlin birinci yarısı üzrə illik müqayisədə 2,5 faiz iqtisadi artım olub. Çin hökumətinin planı 2022-ci ildə 5,5 faiz iqtisadi artıma nail olmaqdır. Lakin ölkədə koronavirus pandemiyasının yenidən alovlanması nəticəsində tətbiq olunan sərt karantin tədbirləri bu planın reallaşmasını demək olar ki, mümkünsüz etməkdədir.

Çin Dövlət Statistika Qurumu pandemiyaya qarşı mübarizə tədbirlərinin təsiri ilə ölkədə istehlakçı tələbatının azalmasının davam edəcəyini açıqlayıb. Bundan əlavə, Çindən kənarda - əsas iqtisadi mərkəzlərdə monetar siyasətin sərtləşdirilməsi qlobal iqtisadi resessiya təhlükəsini sürətlə artırır ki, bu da xarici bazarlarda da tələbin azalmasını şərtləndirir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR