İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində büdcə xərcləmələrində “kəmərlər sıxılacaq”

312 06.03.2024 17:47 Dünya A A

Çin strateji sahələrdə büdcə xərclərini artıracaq.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çinin maliyyə naziri Lan Foan Pekində Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) sessiyasında açıqlayıb.

“Sinxua” agentliyinin məlumatına görə, o, eyni zamanda hakimiyyəti büdcə vəsaitlərinin xərclənməsi sahəsində “kəmərləri sıxmağa” çağırıb:

“Çin bu il fəal fiskal siyasət və ehtiyatlı pul siyasəti yürütməyə davam edəcək, maliyyə siyasətinin keyfiyyətini və səmərəliliyini artıracaq”.

Lan Foanın sözlərinə görə, əsas milli strateji vəzifələrin kifayət qədər maliyyələşdirilməsini təmin etmək üçün büdcə xərclərinin lazımi səviyyədə artırılması, sosial investisiyaların stimullaşdırılması üçün dövlət istiqrazlarının emissiyasının əhəmiyyətli dərəcədə artırılması istiqamətində işlər aparılacaq, vergi və ödənişlərin struktur azaldılması siyasəti həyata keçiriləcək, elmi və texnoloji innovasiyaların dəstəklənməsinə və istehsal sektorunun inkişafına prioritet diqqət yetiriləcək.

“Çin müvafiq olaraq aktiv fiskal siyasətin intensivliyini artıracaq”, - L.Foan bildirib.

Eyni zamanda, o, bütün səviyyələrdə hakimiyyət orqanlarına “kəmərləri sıxmağı”, xərclərin strukturunu təkmilləşdirməyi və büdcə vəsaitlərinin ən çox ehtiyac duyulan yerdə və ən böyük effektlə istifadə olunmasını təmin etməyi təklif edib:

“Vergilər və yığımlar, xüsusi fond və dövlət istiqrazları ilə bağlı siyasət pul-kredit siyasəti, məşğulluq siyasəti və sənaye siyasəti ilə əlaqələndirilmiş, daha sıx əlaqəli şəkildə həyata keçiriləcək”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR