İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin və Filippin mübahisəli ərazi ətrafında razılığa gəliblər

422 22.07.2024 10:33 Dünya A A

Çin və Filippin Cənubi Çin dənizindəki mübahisəli ərazi üzərində qarşıdurmaya son qoyacaq razılığa gəliblər.

"Report" bu barədə AP-yə istinadən xəbər verir.

Həlledici razılaşma Filippin və Çin diplomatları arasında Manilada keçirilən görüşdən sonra əldə edilib.

“Hər iki tərəf Cənubi Çin dənizində vəziyyətin gərginliyini azaltmaq və fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etmək zərurətini anlayır və razılaşmanın Cənubi Çin dənizində hər iki tərəfin mövqelərinə zərər verməyəcəyinə ümid edir”, - Filippin Xarici İşlər Nazirliyindən bildiriblər.

İkinci Tomas Şolda onilliklər boyu davam edən ərazi qarşıdurması iyunun 17-də kritik həddə çatıb, toqquşma zamanı Filippin Hərbi Dəniz Qüvvələrinin bir neçə əməkdaşı yaralanıb.

ABŞ və onun müttəfiqləri, o cümlədən Yaponiya və Avstraliya Çinin sahildəki hərəkətlərini pisləyib və Cənubi Çin dənizində naviqasiya hüquq və azadlıqlarının aliliyinə hörmətlə yanaşmağa çağırıb.

Vaşinqton dəfələrlə xəbərdarlıq edib ki, Filippin qoşunları xüsusilə Cənubi Çin dənizində silahlı hücuma məruz qalarsa, Asiyadakı müttəfiqi Filippini müdafiə etmək öhdəliyi var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR