İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Ukrayna böhranının həllində Avropa İttifaqı ilə dialoqa hazırdır

310 04.04.2023 17:27 Son xəbər A A

Çin Ukraynada yaranmış böhranlı vəziyyətin dinc yolla həlli üzrə Avropa İttifaqı ilə dialoqa hazırdır və bu məsələdə Aİ-nin strateji müstəqilliyinə ümid edir.

AZƏRTAC xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinqdə deyib.

“Biz Ukrayna münaqişəsinin siyasi həlli üçün Avropa tərəfi ilə dialoqa və müzakirələrə hazırıq. Avropa İttifaqının strateji müstəqillik və siyasi müdriklik göstərəcəyinə ümid edirik”, - deyə Mao Nin Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin məsələ ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Çinli diplomat ölkəsinin Ukrayna müharibəsində iştirakçı olmadığını xatırladıb.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen “Financial Times” qəzetinə müsahibəsində Ukrayna böhranının həlli istiqamətində Çinin konstruktiv rol oynamalı olduğunu bildirmiş və Pekinin Moskva ilə dostluğundan narahatlığını ifadə etmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR