İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiyadan yan keçir - Türkiyəyə 60 milyard dollarlıq...

1780 15.01.2025 14:10 Dünya A A

Çin Rusiyadan yan keçməklə Çin və Avropa arasında yüklərin daşınması üçün yeni marşrut yaratmaqdan ötrü Türkiyənin dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə təxminən 60 milyard dollar sərmayə qoymaq niyyətindədir.

Musavat.com ArbatMedia saytlna istinadla xəbər verir ki, “İnvest in Turkiye” agentliyinin prezidenti Burak Dağlıoğlunun fikrincə, bu sərmayələr logistika axınını əhəmiyyətli dərəcədə dəyişə, Çinin Rusiya tranzit dəhlizlərindən asılılığını azalda bilər.

Mütəxəssislər qeyd edirlər ki, Avropa təchizatçıları Ukraynadakı müharibə səbəbindən getdikcə daha çox Rusiya və Ukrayna ərazisindən keçən marşrutlardan yayınırlar. Sinqapurlu iqtisadçı Jayant Menonun fikrincə, Türkiyə ərazisindən keçən marşrut Çin-Avropa dəmiryolu sisteminin bir hissəsinə çevrilərək yüklərin daşınmasını sürətləndirə və təhlükəsizliyini artıra bilər.

Bildirilir ki, Türkiyə onsuz da daha çox hava nəqliyyatı cəlb etməklə Rusiyanın təcrid olunmasından faydalanır. Yeni dəmir yolu dəhlizi isə Asiya və Avropa arasında əsas logistika qovşağı rolunu gücləndirəcək, Çin və Avropa ölkələrinə Rusiya marşrutlarına effektiv alternativ təmin edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR