İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin qəzəbləndi: Birləşmiş Ştatlar dərhal səhvlərini düzəltməli və...

901 14.05.2024 20:02 Siyasət A A

Çin hakimiyyəti ABŞ-da Çindən idxal olunan bir sıra mallara rüsumların kəskin artırılmasına cavab addımları atacaq. Musavat.com xəbər verir ki, bu xəbərdarlıq Çin Ticarət Nazirliyinin Vaşinqtonun bugünkü qərarına dair bəyanatında əksini tapıb: Çin qəti şəkildə buna qarşıdır və biz artıq Amerika tərəfinə bu məsələ ilə bağlı ciddi etirazımızı çatdırmışıq.”

Nazirlik bildirir ki, Pekin “öz hüquq və maraqlarını qorumaq üçün qətiyyətli tədbirlər görəcək”: "Birləşmiş Ştatlar dərhal səhvlərini düzəltməli və Çinə tətbiq edilən əlavə tarifləri ləğv etməlidir".
Nazirlik həmçinin Vaşinqtonu ABŞ prezidenti Co Baydenin üzərinə götürdüyü öhdəlikləri pozmaqda ittiham edərək, onun “Çinin inkişafını boğmağa və ya ləngitməyə çalışmayacağını” vəd etdiyini vurğulayıb: "Bu, iki dövlət başçıları arasında əldə olunan konsensus ruhuna uyğun gəlmir və ikitərəfli əməkdaşlıq atmosferinə ciddi təsir göstərəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR