İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin onlarla ABŞ şirkətinə sanksiya tətbiq etdi

1210 22.06.2026 08:18 Siyasət A A

Çin 10 ABŞ qurumunu ixrac nəzarəti siyahısına əlavə edərək onlara ikili təyinatlı məhsulların tədarükünü qadağan edib.

Musavat.com Çin Ticarət Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, Çin ixracatçılarına bu qurumlara ikili təyinatlı məhsullar tədarük etmək qadağandır. Hər hansı bir ölkədən və ya bölgədən olan təşkilatlar və fərdlər də bu Amerika qurumlarına Çin mənşəli ikili təyinatlı məhsulların ötürülməsi və ya təqdim edilməsi qadağandır.

Artıq davam edən ixrac əməliyyatları dərhal dayandırılmalıdır. İxracın zəruri olduğu xüsusi hallarda operatorlar Ticarət Nazirliyindən icazə üçün müraciət etməlidirlər. Nazirlik bildirir ki, bu qərar Çinin milli təhlükəsizliyini və maraqlarını qorumaq, eləcə də beynəlxalq yayılmama öhdəliklərini yerinə yetirmək üçün qəbul edilibvə dərc edildiyi andan qüvvəyə minir.

Çin həmçinin 46 Amerika şirkətindən dövlət satınalmaları vasitəsilə məhsul almağı qadağan edib. Nazirlik aydınlıq gətirib ki, qadağa bu şirkətlər tərəfindən istehsal olunan mallara şamil edilir, lakin Çində investisiyaları olan Amerika müəssisələrinə şamil edilmir. Məhdudiyyətlər dərc edildiyi andan qüvvəyə minir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR