İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin iqtisadiyyatına qoyulan xarici investisiyalar azalıb

324 23.02.2024 18:42 Dünya A A

Yanvarda Çin iqtisadiyyatına faktiki istifadə edilən xarici investisiyaların həcmi 2023-cü ilin eyni ayı ilə müqayisədə 11,7 faiz azalaraq 112,71 milyard yuana (15,86 milyard dollar) düşüb.

Musavat.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin yaydığı açıqlamada bildirilir ki, göstərici 2023-cü ilin dekabr ayı ilə müqayisədə 20,4 faiz artıb. Bundan əlavə, yanvar ayında Çində xarici kapitalın iştirakı ilə yaradılan yeni şirkətlərin sayı illik müqayisədə 74,4 faiz artaraq 4,5 mini ötüb. Çin İqtisadiyyat və Ticarət Nazirliyi Çinin istehsal sənayelərinə xarici investisiyaların eyni dövr ərzində 20,5 faiz artaraq 33,11 milyard yuana (4,65 milyard dollar) çatdığını bildirib. O cümlədən, yüksək texnologiyalı sənaye sektorunun xarici maliyyələşdirilməsi 40,6 faiz artıb.

Dərc edilmiş məlumatlara görə, ümumi azalmaya baxmayaraq, əsasən iri layihələr sayəsində yanvarda Fransadan investisiyaların həcmi 25 dəfə, İsveçdən isə 11 dəfə, Almaniyadan investisiyalar 3 dəfə, Avstraliyadan 2,8 dəfə, Sinqapurdan isə 77,1 faiz artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR