İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin hərbi sənayedə istifadə olunan malların ixracını məhdudlaşdırır: ABŞ-ın təzyiqləri…

371 30.05.2024 19:58 Dünya A A

Çin hakimiyyəti iyulun 1-dən bəzi aviasiya və kosmik komponentlərin istehsalında istifadə olunan avadanlıqlara ixrac nəzarəti tətbiq edəcək.

Musavat.com xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin saytında qeyd olunur ki, xüsusi icazə olmadan skafandrların ön hissəsində komponentlərin, mühərriklərin, qaz turbinlərinin və pəncərələrin istehsalı ilə bağlı avadanlıqların, o cümlədən proqram təminatının, çertyojların ixracı mümkün olmayacaq. Xüsusilə söhbət titan, alüminium və onların ərintilərindən təyyarə və kosmik gəmilər üçün konstruksiya hissələrinin istehsalında istifadə olunan alətlərin, qəliblərin və cihazların tədarükündən gedir. Yeni qaydalar ultra yüksək molekulyar çəkili polietilen ticarətinə də şamil edilir.

Göstərilən avadanlıq və istehsal aksesuarlarının tədarükçüləri səlahiyyətli yerli orqanlar vasitəsilə Çinin Ticarət Nazirliyinə ərizə təqdim etməli, ikili təyinatlı malların və texnologiyaların ixracı üçün forma doldurmalı və müvafiq sənədlər paketini təqdim etməlidirlər. Xarici bazarlarda məhsulların satışı milli təhlükəsizliklə bağlıdırsa, Çin Xalq Respublikasının Dövlət Şurasından icazə almalı olacaqlar.

Bundan əlavə, ultra yüksək molekulyar çəkili polietilen liflərdən hazırlanmış gülləkeçirməz dəbilqə, jilet, layner və lövhələrin tədarükü ÇXR-in hərbi ixracın idarə edilməsinə dair qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Nazirlik bildirir ki, bu tədbirlər “Çinin milli təhlükəsizliyini və maraqlarını və beynəlxalq öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün nəzərdə tutulub”.

Qeyd edək ki, ABŞ son vaxtlar Rusiyaya hərbi sənayedə istifadə olunan material və avadanlıqların ixracına görə təzyiqləri artırır. Belə görünür ki, bir neçə həftə əvvəl ABŞ dövlət katibi Antoni Blinkenin Pekinə səfəri nəticələrini verməyə başlayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR