İnsanlara hürriyət, millətlərə istiqlal!

CHP lideri Kamal Kılıçdaroğlunun “əkiz”i peyda oldu - VİDEO

1959 25.08.2022 12:31 Maraqlı A A

Kamal Kılıçdaroğlunun “əkiz”i peyda olub.

Türkiyənin Amasya şəhərində yaşayan Əli Mahir Piroğlu adlı şəxs Kılıçdaroğluya oxşarlığı ilə diqqət çəkir.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Piroğlunun sözlərinə görə, o, hər dəfə Ankaraya gedəndə bəzi bələdiyyə işçiləri və vətəndaşlar onun Kılıçdaroğlu olduğunu düşünürlər. O isə bu vəziyyətdən məmnundur.

Piroğlu 30 ildir Türkiyə Polis Təşkilatında fəaliyyət göstərib. Hazırda təqaüdçüdür və gününün çox hissəsini oğluna məxsus avtomobil salonunda keçirir.

72 yaşlı keçmiş polis işçisi qeyd edib ki, Kamal Kılıçdaroğlu ilə müqayisə olunmağa öyrəşib.

“Onun qardaşı mənim qədər özünə bənzəmir. Mən də özümü ona bənzədirəm. Özümü televiziyaya çıxmış kimi hiss edirəm”, - deyə o bildirib.

Piroğlu Ankarada tərəvəz bazarına getdiyi zaman onu görən mühafizəçinin panikaya düşdüyünü xatırlayıb. Eyni zamanda çox sayda insanın gündəlik həyatda onunla şəkil çəkdirdiyini əlavə edib.

“Kılıçdaroğlu olmadığımı deyirəm, yenə də şəkil çəkdirmək istəyirlər. Kılıçdaroğlunun posterini görən nəvəm də elə bilib ki, mənəm. Soruşub ki, babamın şəkillərini niyə asıblar?” - deyə Piroğlu bildirib.

 
 
Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR