İnsanlara hürriyət, millətlərə istiqlal!

CeyLo ilə Benin boşanmasına ən çox o sevinir

1749 14.07.2024 23:31 Şou-biznes A A

Müğənni Cennifer Lopeslə aktyor Ben Afflekin boşanması ilə bağlı xəbərlər gündəmdən düşmür.

İnsayderlər Benin keçmiş xanımı Cennifer Qarnerlə bağlı yeni iddialar ortaya atıb.

Əvvəllər Lopesin Beni Qarnerə qısqandığı, onunla görüşməsini istəmədiyi iddiaları öz əksini tapmasa da, bu dəfə fərqli məlumatlar yayılıb.

"Life & Style" portalı yazıb ki, Qarner keçmiş ərinin arvadından boşanmasına sevinir. Nəşrin anonim həmsöhbətinin sözlərinə görə, Cennifer indi Lopesdən ayrıldıqdan sonra Benə həyatını planlamağa kömək etmək üçün əlindən gələni edir. O, hətta tez-tez Affleklə görüşüb, ona təsəlli verməyə çalışıb.

Üstəlik, mənbə Qarnerin yalnız Afflekin xatirinə J.Lo ilə əlaqə saxladığını bildirib. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR