İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov Helqa Şmitlə görüşüb - YENİLƏNİB FOTO

616 21.06.2023 20:37 Siyasət A A

21 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən, regional məsələlər müzakirə olunub.

Ceyhun Bayramov beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında effektiv çoxtərəfliliyi dəstəkləyən ölkəmizin bu istiqamətdə bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən ATƏT-lə əməkdaşlıq etdiyini məmnunluqla bildirib.

C.Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, o cümlədən Azərbaycanın Ermənistan ilə münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycan tərəfindən göstərilən konstruktiv yanaşmanın Ermənistanın davamlı hərbi-siyasi təxribatları ilə üzləşdiyi bildirilib. Mövcud çağırışlar və çətinliklərə baxmayaraq Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu vurğulanıb.

Baş katib Helqa Şmit ATƏT-in Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini, bu istiqamətdə münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bölgədə sülhün bərqərar edilməsi, gərginliyin aradan qaldırılması istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.

Musavat.com xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında məlumat paylaşılıb.

Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR