İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov ABŞ-yə getdi

519 25.05.2026 12:26 Siyasət A A

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat paylaşılıb.

Bildirilib ki, səfər çərçivəsində 26 may tarixlərində Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR