İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya və Slovakiya prezidentləri Kiyevə gəliblər

375 28.04.2023 13:44 Son xəbər A A

Çexiya və Slovakiya prezidentləri Petr Pavel və Zuzana Çaputova aprelin 28-də Kiyevə səfər ediblər.

AZƏRTAC xəbər verir ki, bu barədə blesk.cz xəbər portalı məlumat yayıb.

Məlumata görə, hər iki dövlətin başçıları Ukrayna prezidenti Vladimir Zelenski və onun hökumətinin rəhbərləri ilə görüşəcəklər. Birgə səfərə hazırlıq bu ilin yanvarında Petr Pavelin Çexiya prezidenti seçilməsindən dərhal sonra başlayıb. Təhlükəsizlik nöqteyi-nəzərindən səfərin vaxtı əvvəlcədən açıqlanmayıb.

Çexiya və Slovakiya Ukraynaya hərtərəfli yardım göstərirlər. Prezidentlərin bu səfərinin əsas məqsədi Kiyevə bir daha dəstək ifadə etməkdir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR