İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreyadan sərt reaksiya: “Rusiya ilə KXDR arasında hərbi əməkdaşlıq..."  

433 20.06.2024 13:25 Dünya A A

Cənubi Koreya Rusiya Federasiyası ilə KXDR arasında hərbi əməkdaşlığı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması kimi qiymətləndirib.

Musavat.com Rusiya mətbuatına istinadən məlumat verir ki, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cənubi Koreya hökuməti Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfərini diqqətlə izləyib. Koreya Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Lim Soo Seok brifinqdə deyib: “Rusiya və KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalamasından təəssüflənirik”.

O əlavə edib ki, Seul Cənubi Koreyanın təhlükəsizliyini təhdid edən istənilən hərəkətə “qətiyyətli və qəti” cavab vermək üçün beynəlxalq ictimaiyyətdəki müttəfiqləri və dost ölkələr ilə işləməyə davam edəcək.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR