İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreyada rekord: Boşanan qadın ərindən 1 milyard dollar alacaq

690 30.05.2024 22:39 Dünya A A

Cənubi Koreya apelyasiya məhkəməsi ölkənin ikinci ən böyük konqlomeratı olan “SK Group”un sədri Çoi Tae Vonun keçmiş həyat yoldaşına 1,38 trilyon von (təxminən 1 milyard dollar) təzminat ödəməli olduğuna dair qərar qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Qeyd olunur ki, bu məbləğ Cənubi Koreyada boşanma prosesi tarixində ən böyük məbləğdir. Çoi Tae Von 1988-ci ildə Koreya Respublikasının Prezidenti Roh Dae Voo-nun qızı Roh So Yeon ilə evlənib. Evlilikdən üç övlad dünyaya gəlib. 2015-ci ildə sahibkar övladını dünyaya gətirən məşuqəsinin olduğunu etiraf edib.

2017-ci ildə o, əmlak bölgüsü müqaviləsi təklif edib, 2019-cu ildə Roh So Yeon ona Choi Tae Vona məxsus “SK Group” səhmlərinin yarısının verilməsini tələb edib. Ailə məhkəməsi 2022-ci ildə qərar verib ki, qiymətli kağızlar iş adamına atasından miras qaldığı üçün bölünməyə məruz qalmamalıdır. Hakim Ro So Yeona 66,5 milyard von (48,3 milyon dollar) verilməsini nəzərdə tutan qərar qəbul edib.

Lakin Ro So Yeon qərardan apelyasiya şikayəti verib. Bu gün apellyasiya məhkəməsi müəyyən edib ki, Roh So Yeon ilə əlaqə və onun fəaliyyəti konqlomeratın kapitallaşmasının artmasına kömək edib: "Müəyyən edilib ki, keçmiş prezident Roh Dae Voo SK Korporasiyasının keçmiş sədri Çoi Conq Hyun (indiki sədrin atası – red.) üçün qoruyucu rolunda çıxış edib və bu, şirkətin uğurlu idarəetmə fəaliyyətinə qeyri-maddi töhfə olub".

Məhkəmə keçmiş həyat yoldaşlarının ortaq əmlakını 4 trilyon von qiymətləndirib və onun 35 faizini Ro So Yeona verib. Agentlik bildirir ki, məbləğ nağd şəkildə ödənilməlidir. Choi Tae Vonun tərəfi növbəti apellyasiya şikayəti vermək niyyətindədir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR