İnsanlara hürriyət, millətlərə istiqlal!

Çəngəli cərəyan transformatoruna soxan 4 yaşlı uşaq bu hala düşdü - ANBAAN VİDEO

1484 19.11.2022 17:53 Hadisə A A

İstanbulda 4 yaşlı uşaq əlindəki çəngəli elektrik transformatoruna soxub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, transformator oğlanın üzündə partlayıb.

Uşaq təcili olaraq xəstəxanaya aparılıb. Dəhşətli anlar təhlükəsizlik kamerasına əks olunub.

Ətrafdakı vətəndaşların köməyi ilə 4 yaşlı uşağa hadisə yerində ilk yardım edilib. Daha sonra hadisə yerinə yetişən ailə övladlarını təcili olaraq xəstəxanaya aparıb. Hadisə yerinə polis, yanğınsöndürənlər göndərilib. Komandalar partlayışın baş verdiyi transformatordakı yanğını söndürüb və ətrafa təhlükəsizlik zolağı çəkiblər. Hadisədən sonra küçədəki bəzi binaların elektrik enerjisi tamamilə kəsilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR