İnsanlara hürriyət, millətlərə istiqlal!

“Cənab İlham Əliyev Fələstin xalqının dövlətə sahib olma haqqından söz edir” - ŞƏRH

752 08.06.2024 17:07 Siyasət A A

Xəbər verdiyimiz kimi, Dövlət Başçısı İlham Əliyev Misirdə səfərdədir. Azərbaycan Prezidenti səfər çərçivəsində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfrasında çox ciddi mesajlar verib. Ali Baş Komandanımızın diqqətçəkən açıqlamalarından biri də Fələstinlə bağlı olub.

Sitat: “Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır”.

Ölkə başçısının bu fikirləri rəğbətlə qarşılanıb.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bildirdi ki, Cənab İlham Əliyevin Misir səfəri və orada ifadə etdiyi fikirlər həm xarici siyasətimiz, həm də dünyada cərəyan edən hadisələr baxımından olduqca əhəmiyyətlidir:

8d443ab8114e7a20a5f93b3f85133243.jpg (64 KB)

“Burada Cənab İlham Əliyev Fələstin xalqının dövlətə sahib olma haqqından söz edir. Fələstin xalqının tam hüquqlu və eləcə də, müstəqil və güclü dövlətə sahib olması lazımdır. Fələstin xalqının dövlətə sahib olmamasının əsas səbəbi dünya imperialistlərinin hələ də baxışlarının dəyişməməsidir. Bir zaman Azərbaycan Zəngəzuru işğal edəcək deyənlərin tərəfli olmaları və buna dilə gətirmələri Fələstin xalqının faciəsinin üzərinə faciə gətirmişdi. Dövlət Başçısı deyir ki, Qəzzadakı faciələr dayanmalıdır. Bu əslində bütün anti-kolonial və anti-imperialist millətlərin və xalqların səsidir. Biz bu gün Avropa və Qərb kolonializminə qarşı mübarizə aparan xalqların dinc mübarizəsinin yanındayıq. Onlara qarşı Fransanın və digərlərinin kolonial siyasətini tənqid edirik. Fələstin xalqı da məhz həmin kolonializmin, imperializmin qurbanıdır. XX əsrin əvvəllərindən başlanmış proseslərin bu günkü yekunu Rəfah və Qəzzada bombalar altında həyatını itirən qadınlar, uşaqlardır. Azərbaycan Dövlət Başçısı Cənab İlham Əliyev Xocalını yaşamış bir xalqı təmsil etdiyi üçün dinc insanların bombalar altında həyatlarını itirməsini çox gözəl bilir. Misirlə də münasibətlərin dərinləşdirilməsi bizim milli maraqlarımıza uyğundur. Misirlilər öz dövlətlərinə "Ümm Əd Dünya" - Dünyanın anası deyir. Misir həm də Afrikanın qapısıdır. Azərbaycanın belə bir məsələlərə fikir ifadə etməsi artıq getdikcə dünyada artan nüfuzunun göstəricisidir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR