İnsanlara hürriyət, millətlərə istiqlal!

Çempionlar Liqasının oyunu zamanı azarkeş həbs olunub

504 17.03.2022 20:41 İdman A A


İspaniyanın "Atletiko" (Madrid) komandasının azarkeşi İngiltərədə "Mançester Yunayted"ə qarşı UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu zamanı həbs olunub.

"Report" "Goal" nəşrinə istinadən xəbər verir ki, buna 31 yaşlı fanatın irqçilik etməsi səbəb olub. Artıq saxlanılan tərəfdara qarşı ittiham irəli sürülüb. O, ictimai asayişi pozmaqda günahlandırılır. Azarkeş yaxın vaxtlarda məhkəmə qarşısına çıxacaq.

Qeyd edək ki, "Mançester Yunayted" - "Atletiko" matçı qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Madriddəki ilk oyunda heç-heçə (1:1) qeydə alındığından La Liqa təmsilçisi 1/4 finala vəsiqə qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR