İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda iki qardaşı maşın vurub

539 20.11.2022 22:57 Hadisə A A

Cəlilabadda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, hadisə Göytəpə şəhərində qeydə alınıb.

Rayonun Kazımabad kənd sakinləri, 1990-cı il təvəllüdlü Orxan Tacəddin oğlu Kərimov və onun qardaşı, 2000-ci il təvəllüdlü Gündüz Tacəddin oğlu Kərimov yolu qarşı tərəfə keçmək istəyib.

Bu zaman onları avtomobil vurub. Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıblar.

Gündüz Kərimovun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR