İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabad Təhsil Şöbəsi uçqun olan məktəblə bağlı açıqlama yayıb

514 01.04.2022 00:01 Hadisə A A

Cəlilabad rayon Təhsil Şöbəsi uçqun olan məktəblə bağlı açıqlama verib.

"Report"un Muğan bürosu xəbər verir ki, açıqlamada deyilir:

"19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün 28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb.

Qeyd üçün bildiririk ki, hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib.

Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər.

Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR