İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlal Arutyunyan tezliklə Ermənistan parlamentinin istintaq komissiyasına çağırılacaq

468 05.04.2023 16:45 Region A A

Ermənistanın Qarabağda işğalçı qüvvələrinin keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyan parlamentdə dindiriləcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, erməni general 44 günlük müharibəni araşdırmaq üçün parlamentdə qurulan istintaq komissiyasına çağırılacaq.

Bu barədə Ermənistan Milli parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasından məlumat verilib.

Arutyunyanın parlamentə dəqiq nə vaxt çağırılacağı açıqlanmır.

Xatırladaq ki, bu il aprelin 4-də sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan Ermənistan parlamentinin istintaq komissiyasının iclasında dinlənilib.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR