İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəhənnəmə gedən “müstəqillik günü”

2613 02.09.2023 03:43 Yazarlar A A

 İlk yayın vaxtı 15:48 

Bunlar öz kafalarında təkcə “müstəqil dövlət” qurmamışdı, həm də qarşılarında əzilmiş Azərbaycan olduğuna, gec-tez də işğalla barışacağına özlərini inandırmışdılar 

Gördüyünüz bu foto 2015-ci ilə aiddir. Sentyabrın 2-də Xankəndində “artsax”ın qondarma müstəqilliyinin 24-cü ili qeyd ediləndə çəkilib. Əvvəl “dqr” “prezidenti” Bako Saakyan çıxış edir. Deyir ki, “1991-ci ildə erməni xalqı iki azad və müstəqil dövlət əldə etdi”. Sonra alqış sədaları altında Serj Sərkisyan tribunada görünür. Ermənistanın prezidenti daha alovlu danışır: “1991-ci ilin bu əziz günündə müstəqilliyin elan edilməsi əzabkeş, eyni zamanda qəhrəman erməni xalqının hünəridir”. Alqışlar qopur- haylar, haraylar...

Sərkisyan daha da qürurlanır və bu dəfə iddia edir ki, “dünyada hər gün Dağlıq Qarabağ Respublikasının və onun xalqının dostlarının sıraları genişlənir. Artsaxın beynəlxalq nüfuzu hər gün artır, azadlıq və demokratiya yolu ilə davamlı şəkildə irəliləyir”. İşğalı pərdələmək üçün seçilmiş nə həyasız sözlərdir- “azadlıq və demokratiya...”   

Bayram tədbirləri hər il olduğu kimi hərbi hissələrin tank və əsgəri bölmələrin mərkəzi küçələrlə təntənəli marşı ilə davam edir. Bu sınıq-salxaq texnika da, Ermənistandan  bir yad diyara əsgərliyə gətirilmiş gənclər də “müstəqilliyin rəmzləridir”. Mərkəzi stadionunda yerli və xarici incəsənət ustalarının iştirakı ilə yenə də bayram konserti olur. Sonra Xankəndi və Şuşada eyni vaxtda atəşfəşanlıq...Biz bunları sonra erməni saytlarında görəcəyik, ürəyimiz sıxılacaq, canımız yanacaq, onlar isə...    

Ermənilər 28 ildir işğalın eyforiyasını bu cür yaşayırlar, ayıla bilmirlər, uzandıqca uzanan danışıqlarda isə daha da harınlaşırlar. “Laçının adını çəkməyin, Şuşa əbədi bizimdir” deyib özlərini yenilməz sərkərdə kimi aparırlar. Dünya birliyi də bizə “kompromisə(güzəştə) razılaşın” deyir. Bir ovuc dılğır millətin bir ölkənin torpağında silah gücünə elan etdiyi “dövləti”i az qala rəsmi “tanımağımızı” istəyirlər. “Kompromis” dedikləri budur. 

BMT-nin qətnamələrini sayan yoxdur, torpağından qovulan azərbaycanlılar da dünya birliyinin vecinə  deyil. Azərbaycana “ikinci erməni dövləti yaranıb” yalanını qəbul etdirmək cəhdləri aramsız davam edir. Erməni bu vəziyyətdə qudurmasın nə etsin?

“Artsaxın müstəqilliyinə gedən  yol sınaqlar və uğurlar, itkilər və nailiyyətlər, müharibələr və qələbələrlə dolu olub. Artsaxın azadlıq müharibəsi erməni xalqının tarixinin parlaq səhifələrindən biridir və bizim milli  qürurumuzun təcəssümüdür. Həmin tarixi gündən 28 il keçir və bu gün azad və müstəqil artsax siyasi və tarixi reallıqdır”.

Bu isə Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə yazdığı təbrik məktubundandır. Qudurğanlığın ifadəsinə bax: “Bu gün azad və müstəqil Artsax siyasi və tarixi reallıqdır”. Bunlar öz kafalarında təkcə “ müstəqil dövlət” qurmamışdı, həm də qarşılarında bir müti, əzilmiş Azərbaycan olduğuna, gec-tez də bu işğalla barışacağına özlərini inandırmışdılar. Nə deyəsən belələrinə ?Axmaqlar! Sarsaqlar! Əbləhlər!           

Nəhayət, 2020-ci ilin 2 sentyabrı. İkinci Qarabağ müharibəsinə 25 gün qalır. Ermənilər isə qondarma müstəqilliyin 29-cu ilini “qeyd edir”. Əsas tədbirlər bu dəfə Şuşadadır. Araq su yerinə boğazlara axır, özgə torpağında qol götürüb oynayırlar. 20 faiz işğalın yaratdığı sərxoşluq 40 faizlik araqla qarışanda ağıl tamamilə başdan çıxır. Yenə heç nə dəyişməyib- əvvəlki çıxışlar, əvvəlki tostlar, əvvəlki atəşfəşanlıqlar davam edir. Yəqin düşünürdülər ki, 30 illiyi daha “möhtəşəm” edəcəklər. Sən saydığını say, gör fələk nə yazır...     

 Nə biləydilər ki, bu son bayramlarıdır, nə biləydilər ki, 2023-cü ilin 2 sentyabrında tülkü kimi “qəfəsdə” qalacaqlar, daha kababın sümüklərini itə verməyəcəklər, özləri az qala özlərini o itin əcdadının gününə qoyacaqlar, yalandan dünyaya hay-küy salacaqlar ki, “guya yeməyə heç nə tapmırlar”. Dağılan tifaq buna deyirlər...

...Heç nə yoxdur üç əvvəlki o “təntənədən”. Bir-birlərini ittiham edirlər, xain deyirlər, didişirlər. İndi də məğlubiyyətin ağır zərbəsindən çıxa bilmirlər. Anlamırlar ki, daha o “qatar” bir daha gəlməyəcək, hər şey “balıqçı və təknəsi” nağılındakı kimi əvvələ döndü. Bitdi o xəyali müstəqillik də, ordu da, atəşfəşanlıq da. Bit-di!

İndən sonra hər şey bu torpaqların sahiblərinin istədiyi kimi olacaq. Hər şey! “Müstəqilliyiniz” cəhənnəmə getdi, siz də qalıb yaşamaq  istəmirsinizsə, gedin müstəqilliyin arxasınca...Cəhənnəmi doğurdan da haqq etmisiz.

Nazim Sabiroğlu,
Musavat.com            

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR