İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəbrayılda sərhədçilər qəzaya düşüb - ölən və xəsarət alanlar var

1400 21.11.2022 18:07 Hadisə A A

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları qəzaya düşüb, sərhədçi ölüb.

Bu barədə Musavat.com-a DSX-nin Mətbuat Mərkəzindən bildirilib.

Qeyd edilib ki, hadisə bu gün rayonun Şükürbəyli kəndində qeydə alınıb.

Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.

Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR