Rusiya və Ukrayna arasında növbəti irimiqyaslı hərbi əsir mübadiləsi həyata keçirilib.
Musavat.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, Ukrayna əsirliyindən 185 Rusiya hərbçisi geri qaytarılıb, eyni sayda hərbi qulluqçu da Rusiya tərəfindən Ukraynaya təhvil verilib.
Bu irimiqyaslı və səs-küylü humanitar əməliyyatda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) rəsmi vasitəçi qismində çıxış edib.
Bildirilib ki, Ukrayna əsirliyindən xilas edilən Rusiya hərbçiləri hazırda Belarus ərazisində yerləşdiriliblər və onlara lazımi tibbi, həmçinin psixoloji yardım göstərilir.
Musavat.com






