İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuş mübahisə etdiyi həyat yoldaşını GÜLLƏLƏDİ - FOTO

1816 29.10.2022 17:37 Kriminal A A

Türkiyənin Ərzurum şəhərində dəhşətli hadisə baş verib.

Musavat.com xəbər verir ki, 32 yaşlı mütəxəssis çavuş Mehmet H. evdə mübahisə etdiyihəyat yoldaşı Gülcan H.-nin ayağından və qarnından tapança ilə atəş açıb.

Gülcan H. xəstəxananın reanimasiya şöbəsinə aparılarkən, təslim olan çavuş tutularaq həbsxanaya göndərilib. Mehmet H.-nin polis bölməsində dindirilməsi zamanı hadisənin necə baş verdiyini bildirib.

"Təhqir dolu cümlələr işlətdi. Həyat yoldaşımı ayaqlarına xəsarət yetirmək məqsədi ilə vurdum. Məqsədim öldürmək deyildi",-deyə Mehmet H. bildirib.

Dəhşətli hadisə iki gün öncə saat 21.00 radələrində Ərzurumun Aşkale rayonunda baş verib. 

Əri tərəfindən ayağından və mədəsindən güllə yarası alan və bir müəssisədə mühafizəçi işlədiyi təsbit edilən Gülcan H. Aşkale Dövlət Xəstəxanasında edilən ilk müdaxilənin ardından Ərzurum Atatürk Universiteti Araşdırma Xəstəxanasına aparılıb. Burada edilən əməliyyatla bədənindən 4 güllə çıxarılan Gülcan H. reanimasiya şöbəsində müalicə olunub. Müalicəsi davam edən Gülcan H.-nin həyati təhlükədən xilas olduğu öyrənilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR