İnsanlara hürriyət, millətlərə istiqlal!

Cavanşir Quliyev düzmü söylədi?

2848 21.12.2023 23:05 Yazarlar A A

Cavanşir Quliyevə İlham Əliyevə dəstəyinə görə hücum edənlər 20 il əvvəl də onu lider seçiminə görə bəyənmirdilər, ağız büzürdülər, “niyə bizim sədrə yox, filan partiyanın başqanına dəstək verir” deyirdilər...

Cavanşir Quliyevin növbədənkənar seçkidə namizədlərdən biri olan İlham Əliyevə səs verəcəyini söyləməsi, deyilənə görə, sosial şəbəkələrdə “məlum dairələrin” narazılığına səbəb olub və bəstəkara trol hücumları başlayıb. Cavanşir Quliyevin qısa açıqlamasını tapıb bir daha oxudum, qeyri-adı, təəccüblü, kiminsə xətrinə dəyəcək heç nə yoxdur. Saytlardan biri 19 il Şimali Kipr Türk Cümhuriyyətində yaşadıqdan sonra bir müdətdir ki, Azərbaycana qayıdan bəstəkardan seçkidə kimi dəstəkləyəcəyi ilə bağlı fikrini öyrənib.

O da fevralın 7-də İlham Əliyevə səs verəcəyini söyləyib: “Növbədənkənar seçkinin keçirilməsinin səbəbini bilmirəm. Lakin yüz faiz əminəm ki, xalqımız İlham Əliyevi prezident seçəcək. Mənim özüm də İlham Əliyevi favorit görürəm və ona səs verməyi düşünürəm”. 

esas.jpg (60 KB)

Əminəm ki, Cavanşir Quliyev bunun əksini söyləsəydi, onu daha çox insan başa düşməyəcəkdi, daha çox adam etiraz edəcəkdi. Çünki onun indiki mövqeyi cəmiyyətin daha böyük hissəsinin əhval-ruhiyyəsini əks etdirir.

Cavanşir Quliyev vətənpərvər bəstəkar olduğundan Birinci Qarabağ müharibəsində Azərbaycan əsgəri üçün marş yazıb. Sonra Məhəmməd Əmin Rəsulzadənin yaratdığı Müsavatın da partiya himninə müəlliflik edib. O, ADP-yə də himn yazıb, amma sonra müxalif düşərgədə baş verən bəzi xoşagəlməz söhbətlərə görə partiyaya o himndən istifadə etməyə icazə verməyib. Bunları ona görə yada salıram ki, Cavanşir Quliyevin ümumiyyətlə, müxalif düşərgəyə yaxın bəstəkar olduğundan o vaxt siyasətlə az-çox maraqlananlar xəbərdardır. Amma gəlin görək, Cavanşir Quliyevə indiki mövqeyinə görə hücum edənlər məsələn, 20 il əvvəl onu bəyənirdilərmi, obyektiv mövqedə olduğunu deyirdilərmi? Qətiyyən...

Həmin adamlar ki, indi seçkini həm də boykot edirlər, o zaman da Cavanşir Quliyevi lider seçiminə görə bəyənmirdilər, ağız büzürdülər, “niyə bizim sədrə yox, filan partiyanın başqanına dəstək verir” deyirdilər. Bunu tədbirlərdə dilə gətirmirdilər, bir az abır edirdilər, bir az da o vaxt ictimai qınaqdan çəkinirdilər. İndiki kimi sosial şəbəkə sərbəstliyi və bolluğu olsaydı, daha kəskin mövqe bildirərdilər. Onun öz qəzetlərində görünməsini əngəlləməyə çalışırdılar, tədbirlərdə ya dindirmirdilər, ya küsülü kimi davranırdılar. Eyni münasibət elə filan partiyaya dəstək verən məsələn, Akif İslamzadəyə də vardı. Bir az daha tolerant münasibət sayıla bilərdi, amma mahiyyət etibarilə dəyişən heç nə yox idi. 

mqdefault.jpg (7 KB)

O düşərgədə çox ləyaqətli adamlar vardı, ölənlərə min rəhmət, qalanlara cansağlığı. Cavanşir Quliyevə son hücumlar adamı bir az geriyə-keçmişə apardı. Ölkədə son üç ildə müqayisə edilməyəcək dəyişikliklərə rəğmən təəssüf ki, hələ də kif atmış qəlbləri, zəhərli beyinləri ilə ortada olanlar var.

Meydanda deyillər, kin-küdurətlərini sosial şəbəkələrdə axıdırlar. Heyrət edirsən ki, bu adamlar bu cür ağır mənəvi yüklə-yəni kin-nifrətlə necə yaşayırlar. 

1703177474_225d572f1325326a6e5839aa2f001d0f.jpg (256 KB)

İlham Əliyevə(və ya başqa namizədə) səs verib-verməmək hər bir vətəndaşın öz seçimidir. Cavanşir Quliyev filan partiya seçkiyə qatılsaydı, seçim etməli olsaydı, yəqin ki, bəlkə də əvvəlki mövqedə olmayacaqdı. Çünki onun da bir vaxtlar dəyişiklik üçün təmsil olunduğu düşərgəni daha yaxşı tanımağa, daha sağlam düşünməyə çox zamanı oldu...

İlham Əliyevin bu seçkidə favorit olduğunu deyən Cavanşir Quliyev nə qəbahət işləyib, nəyi yalan deyib ki? Onun mövqeyi vicdanlı vətəndaş mövqeyidir, amma kimsə bunun əksini düşünürsə, getsin seçkiyə, öz seçimini etsin, vicdanı da rahat olsun. Amma görünür ki, birilərinin qarın ağrısı fərqlidir, belə kinli, xırtlı yaşamağa öyrəncəlidirlər. Qərəzli və kinli adam heç vaxt sağlam düşünə, obyektiv mövqe sərgiləyə bilməz. Hələ o adamlar ki, özlərini siyasətçi hesab edirlər... 

1633412685_cavansir.jpg (565 KB)

Azərbaycanda problemlər var, bunu hamı bilir. Elə problemlər var ki, onu bir fərmanla yoluna qoymaq olar. Elə problem var ki, onun həlli hamımızdan asılıdır. Amma unutmayaq ki, ölkəmiz canından indi erməni şişini kəsib atıb, yeri tez sağalmaz bir şişi həm də... Ölkənin yeni dövrə adaptasiyasında da zamana ehtiyac var. Azərbaycan xalqının o kəsimi ki, qayğıya ehtiyacları var, onların həssas durumundan istifadə etmək cəhdləri əbəs işdir. Xalqın böyük əksəriyyəti baş verən tarixi hadisələrin fərqindədir. 

1703177479_e604690e2d4166b0b28aa11f47cc51ed.jpg (365 KB)

Cavanşir Quliyev ağıllı və ziyalı adamdır, sözünü bilib danışır. Ona qarşı olanlar da heç olmasa sözlərini bilsinlər, kimisə mövqeyinə görə təhqir etməsinlər. Allah insaflarını kəsib, heç olmasa kimlərinsə ürəyinə toxunmasınlar...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR