İnsanlara hürriyət, millətlərə istiqlal!

Çantalarımızı qoyduğumuz cihaz təhlükəlidir? 

2150 24.10.2022 17:09 Maraqlı A A

Zaman-zaman sosial mediada X-RAY cihazlarının zərərli olması barədə müzakirə aparılır.

Musavat.com-un xəbərinə görə, hava limanlarında, vağzallarda, alış-veriş mərkəzlərində və başqa yerlərdə istifadə olunan X-Ray cihazları haqqında bu günə qədər açıq qalan suallardan birincisi şüa səbəbi ilə təhlükəli olub-olmamasıdır.

Hələ bir neçə il öncə San-Fransisko Universitetinin radioloqları bu məsələyə aydınlıq gətirmək üçün araşdırmalar aparıblar. Mütəxəssislər bu cihazların sağlamlıq üçün təhlükə yaratmadığını bildiriblər. Cihazdan keçməyə sərf olunan vaxtın insanın normal olaraq 2-3 saniyə ərzində qəbul etdiyi radiasiyaya bərabər olduğu bildirilib. Başqa sözlə, rentgen aparatları sağlamlıq üçün təhlükə olaraq görülmür.

Nəticələr ictimaiyyətə təqdim olunub:

50 dəfə keçmək diş müayinəsi zamanı alınan radiasiyaya;
1000 dəfə keçmək 1 ağciyər rentgeninə
4000 dəfə keçmək 1 mamoqrafiyaya
200 000 dəfə keçmək 1 mədə tomoqrafiyasına bərabərdir.

Ondokuz Mayıs Universitetinin Tibb Fakültəsinin Radiologiya şöbəsinin müəllimi, professor Çetin Çelenk bildirib ki, xüsusilə hava limanlarının girişlərində malların keçirildiyi rentgen cihazlarında X-şüaları istifadə olunur. X-şüaları mallara zərər vurmur, səthdə toplanmır, malların üzərində radiasiya çirklənməsinə səbəb olmur. Bu cihazların çevrəsi rentgen şüalarının insanlara zərər verməməsi üçün qurğuşun ekranlarla örtülüb.

Professor insanların keçdiyi qapıya bənzər cihazlarda rentgen şüaları yerinə elektromaqnit sahəsi istifadə olunduğunu deyib: “Əgər metal varsa, aşkar edir və siqnal verir. Bəzən görürəm ki, xüsusilə hamilə qadınlar bu qapılardan keçməkdən çəkinirlər. Ancaq narahatlığa səbəb yoxdur”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR