İnsanlara hürriyət, millətlərə istiqlal!

Burkina-Fasoda terror hücumu nəticəsində 33 əsgər ölüb

301 28.04.2023 15:25 Son xəbər A A

Burkina-Fasonun şərqində naməlum silahlıların hərbi hissələrdən birinə hücumu nəticəsində 33 əsgər həlak olub, 12 nəfər isə yaralanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, terror hücumu Qourma əyalətində baş verib. Döyüşlər zamanı, həmçinin 40 silahlının öldürüldüyü iddia edilir.

Dünyanın ən kasıb ölkələrindən biri olan Burkina-Fasoda 2015-ci ildən bəri hökumət obyektləri və hərbçilər qonşu Malidə fəaliyyət göstərən İŞİD və Əl-Qaidə terror qruplaşmalarının vaxtaşırı hücumlarına məruz qalır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR