İnsanlara hürriyət, millətlərə istiqlal!

Burak Yılmaz Türkiyə millisindən gedib

1342 25.03.2022 04:09 İdman A A

Hücumçu Burak Yılmaz Türkiyə futbol millisində karyerasını başa vurub.

APA xəbər verir ki, B.Yılmaz bu qərarını Türkiyə millisinin Portuqaliya yığmasına məğlubiyyətindən sonra keçirilən mətbuat konfransında açıqlayıb. O, gənclərə yol açmaq üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin yarımfinalında Türkiyə səfərdə Portuqaliyaya 3-1 məğlub olub. B. Yılmaz bir qol vursa da, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR