İnsanlara hürriyət, millətlərə istiqlal!

Bulvarda skuterlərin istifadəsi QADAĞAN EDİLDİ

1059 12.07.2024 14:00 Ölkə A A

Bakıda Dənizkənarı Bulvar ərazisində skuterlərin istifadəsi qadağan edilib.

Musavat.com bildirir ki, bu barədə "Qafqazinfo"ya nəqliyyat sahəsində ekspert Aslan Əsədov məlumat verib.

Onun sözlərinə görə bulvar ərazisində fəaliyyət göstərən skuterlərlə bağlı qeyri-rəsmi qadağa bu gündən etibarən tətbiq olunur: "Bu məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən rəsmi açıqlama verilmir. Amma bildiyimizə görə, bulvarda fəaliyyət göstərən sahibkarların arendaları ləğv olunub. Yalnız bulvara aid olmayan kənar ərazilərdə skuter sürmək olar".

Ekspert həmçinin əlavə edib ki, oxşar hal əvvəllər də yaşanıb. Bundan əvvəlki illərdə də bir neçə dəfə bulvar ərazisində skuterlərin hərəkətinə mədudiyyət qoyulub.

Saytımızın əldə etdiyi məlumata görə, bulvarda skuterlərin qadağan olunması qərarı həmin ərazidə fəaliyyət göstərən operatorlar tərəfindən verilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR