İnsanlara hürriyət, millətlərə istiqlal!

Buğdanın dünya bazar qiyməti 3 ilin ən aşağı həddinə düşüb

915 21.09.2023 19:10 İqtisadiyyat A A

Dünya bazarında buğdanın qiyməti son üç ildə ən aşağı səviyyəyə düşüb.

Musavat.com Financial Times qəzetinə istinadən xəbər verir ki, bunun əsas səbəbi Rusiyada ötən mövsümdə rekord bol məhsulun əldə olunmasıdır.

Qəzet analitiklərinin fikrincə, Qara dənizdə Ukrayna ilə Rusiya arasında münaqişə güclənərsə, həmçinin heyc-fondların dərəcələri yüksələrsə, qiymətlərdə bahalaşma baş verə bilər.

Financial Times yazır ki, Rusiyanın Ukraynaya hücumundan sonra buğdanın qiyməti maksimum həddə - 1 buşel üçün təxminən 14 dollara çatıb, hazırda isə bu rəqəm 5,85 dollar təşkil edir.

Nəşrin məlumatına görə, 2021-2022-ci illərdə dünya buğda ixracının 9,2 faizi Ukraynanın payına düşüb. İndi Standard & Poor's beynəlxalq reytinq agentliyinə görə, 2023-2024-cü il məhsul mövsümünə qədər bu rəqəm 6,4 faizə düşəcək. Eyni zamanda ən böyük ixracatçı olan Rusiya bazar payını 2021-22-ci illərdəki 15,9 faizdən 2023-24-cü illərdə 22,5 faizə qaldıra biləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR