İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu, Türkiyə və Suriyaya hörmətsizlikdir" - Ançelotti

1780 20.02.2023 17:10 İdman A A

La Liqanın 22-ci turunda "Osasuna" - "Real" matçından (0:2) öncə Türkiyədə və Suriyada baş verən güclü zəlzələlərə görə həyatını itirənlərin xatirəsi yad olunub.

Qol.az xəbər verir ki, futbolçular hörmət əlaməti olaraq həyatını itirənləri 1 dəqiqəlik sükutla anıblar.

Lakin bu vaxt "Osasuna"nın azarkeşləri "Real"ın futbolçusu Vinisius Junioru təhqir etməyə başlayıblar. Bununla da 1 dəqiqəlik sükut bölünüb.

"Real"ın baş məşqçisi Karlo Ançelotti oyundan sonra açıqlamasında azarkeşlərin belə hərəkət etməsinin Türkiyə və Suriyaya hörmətsizlik olduğunu deyib: "Bir dəqiqəlik sükut zamanı baş verənlər Vinisiusla yanaşı, Türkiyə və Suriyaya da hörmətsizlikdir!"

Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyədə və Suriyada güclü zəlzələlər baş verib. Fəlakət nəticəsində Türkiyədə 41 min 20 nəfər həyatını itirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR