İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tarixi qaçırmayın: Super Ay görünəcək

1202 11.08.2022 15:00 Maraqlı A A

2022-ci il avqustun 12-də Super Ay hadisəsi baş verəcək.

Musavat.com Lent.az-a istinadla xəbər verir ki, Ay Yerə ən yaxın məsafədə olacaq. Bu səbəbdən adi günlərdə müşahidə olunan bədirlənmiş Ayla müqayisədə 14 faiz böyük və 30 faiz daha parlaq görünəcək.

Təbiət hadisəsini izləmək üçün ən yaxşı vaxt səhər tezdən - Bakı vaxtı ilə saat 04:36-da olacaq.

Bu, ilin sonuncu Super Ay hadisəsi olmalıdır. Bundan öncə may, iyun və iyul aylarında da Super Ay görünüb.

Avqustun 11-dən 13-dək gecə səmada meteor yağışı da müşahidə olunacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR